ABUTALIBOVUN BAZARI YANDI? - FHN məlumat yayıb

Bakının Nərimanov rayonunda, son bir neçə həftə ərzində, tikinti materialları bazarı artıq üçüncü dəfədir ki, yanır. Virtualaz.org xəbər verir ki, Nərimanov rayonunda yanan tikinti materialları bazarı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbova məxsusdur.

Bundan başqa o da məlum olub ki, bu həmin bazarda il ərzində baş verən 32-ci yanğın hadisəsidir.

Nərimanov RİH-dən virtualaz.org-a bildiriblər ki, bu bazarda tez-tez müşahidə olunan yanğınlar həmin əraziyə atılan məişət tullantılarına görə baş verir: "Bizim nümayəndələrimiz bazarın ərazisinə baxış keçiriblər. Yaxın vaxtlarda ərazinin təmizlənməsi üzrə işlərə başlanacaq"

Tikinti materialları bazarında yeni yanğınla bağlı yayılan xəbəri isə FHN təkzib edib.

Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb ki, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməyib, yalnız 650 m² sahədə quru ot yanıb və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb.

635x100

Şərhlər

antiAbu 2018-07-08 20:52:32

Fizika-riyaziyyat elmlər doktoru, professor Hacıbala Abutalıbovun elmə ən böyük töfəsi-Elmlər Akademiyası bağında tikdirdiyi və ona məxsus iki tualetdən, Cavid parkındakı çayxanadan və bir neçə bazardan ibarətdir.....Hacıbalanın ata xətti Qaryagin qəzasıdır və buranın sakinləri bazar işi ilə məşğul olmurlar.....

G.M 2018-07-08 20:52:32

H.Abutalıbovun bazarı da,məzarı da yanmağa məhkumdur.Neçə illər sadəlöhvlük imici altında Bakını soyub,taladı. Guya ki,Baksovetdə verilmiş torpaq ``qəralarının haqqı`` ona yox, başqa bir xanıma çatırdı..

Həbib 2018-07-08 20:52:32

Bu məmurlar o qədər günah işlədiblər ki, millətimizə zülm ediblər ki, indi Allahın qəzəbi tutub onlara. Artıq proses başlayıb. .... Hələ Allah başqa hadisələrdən bizi qorusun. Talançı məmurlar milləti fəlakətə aparırlar.....

Ramin Eliyev 2018-07-08 20:52:32

haram ile qazanan yanmalidir.

ordubadlı 2018-07-08 20:52:32

Hörmətli antiAbu!(ada bax!) Ordubaddan təkcə bazar işini bilən adamlar deyil, həm də görkəmli alimlər, yazıçılar, şairlər çıxıbdır. Misal, Yusif Məmmədəliyev, Məmməd Səid Ordubadi, Rüstəm Behrudi və başqaları. Hacıbalanın bazarları sevməsini ana xəttinin(anası ordubadlıdır) davamçısı olması barədə Sizin fikrinizlə də razı deyiləm. ... Hacıbalanın bütün hərəkətləri mənə, Əbdürrəman Vəzirovu xatırladır.

antiAbu 2018-07-08 20:52:32

Bioloji olaraq qadın cınsi ata və ananın X xromosomlarından, kişi cinsi isə atanın Y ananın X xromosomlarından əmələ gəlir. Kişi ata xəttini, qadın isə ana xəttinin davamçısıdır....... Ordubadlılar tarixi-qədimdən bazar və ticarətin mahir ustaları hesab edilirlər.

kərəm 2018-07-08 20:52:32

Allah bunların çərxini çöndərib. O qədər allahsızlıq ediblər insanların dərisini soyub talayıblar günah ediblər ki ..... İşdən çıxarılsalar, insanların qulduran məmurlardan canı qurtarsa, heç olmasa uşaqlar normal həyat görərdi.

Sedaqet 2018-07-08 20:52:32

32 ci defedi yanir bir ilde? Yeni texminen ayda 3 defe? FHN neyi gozleyir? Insanlarin olumunu? Narkoloji dispanser yandi 35 nefer komeksiz halda xesteler oldu......

Son yazılar