Zaqatalanın icra başçısı kəndliləri kombaynsız qoydu

Zaqatala rayonunun üç kəndində kombaynçı olmadığından bol buğda və çovdar məhsulu batır. Söhbət Muğanlı, Faldar və Qandaq kəndlərindən gedir.Bu kəndlərin sakinləri virtualaz.org-a bildiriblər ki, məhsul yığımından əvvəl onları kombaynçılarsız qoyublar.

"Hər kənddə bir kombaynçı var idi. Ancaq Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kombaynçıları Muxax kəndindəki şəxsi sahələrində işlətmək üçün bizdən götürdü. Biz çıxılmaz vəziyyətdə qaldıq. Məhsul var, amma biz onu yığa bilmirik", - deyə adları çəkilən kəndlərin sakinləri bildiriblər.

Zaqatalada məhsul yığımı ilə bağlı problemlərin mövcudluğunu Kənd Təsərrüfatı Nazirliyindən də təsdiq ediblər.

"Belə problem, praktik olaraq, Azərbaycanın bütün rayonlarında mövcuddur. Və o "Aqrolizinq”də kənd təsərrüfatı texnikasının çatışmazlığı ilə bağlıdır", - deyə Nazirliyin Mətbuat xidmətindən vurğulayıblar.

635x100

Şərhlər

Sedaqet 2018-07-08 21:01:09

Aqrolizing bir nefer sahibkara 4 eded kombayn verende belede olmali idi. Yoxlasinlar gorsunler nece 1 adama o qeder kombayn vermek olar? Cammat qalib kombaynsiz. Baxir eziyyet le ekdiyi taxila ve baxa baxa mesulu yanir . Qiciq olub bashliyir dovleti haqqinda pis danishmaga. Bunuda eden ishbilmez inam kerimovdu. Oda gunahsizdi neynesin ki bu sahenin adami deyil. Oten iller bele deyildi. Halbuku oten iller taxil daha cox idi. Indi ise pambiq coxdu. Amma baxmayaraq bicin ishleri berbad oldu bu il. Ishbilmez

Son yazılar