Gəncə-Daşkəsən yolunda 2 maşın toqquşub - 7 nəfər xəsarət alıb

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un Qərb bürosunun məlumatına görə, Gəncə-Daşkəsən avtomobil yolunun "Stansiya Qızılca" ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılardan üçünün uşaq olduğu bildirilir. Hazırda xəstəxanaya yerləşdirilən yaralıların şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar