Səudiyyə Ərəbistanında polis postu atəşə tutulub - Ölənlər var

Səudiyyə Ərəbistanının Əl-Qasım inzibati dairəsində silahlı insident qeydə alınıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, polis postu avtomobildən atəşə tutulub. Nəticədə bir polis zabiti və Banqladeş vətəndaşı hadisə yerində ölüb.

Məlumata əsasən, cavab atəşi ilə avtomobildə olan iki silahlı məhv edilib, biri yaralanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar