Mikrob, yoxsa zövq?

Dərc olunub: 09/07/2018 - 10:54

talibliMəhəmməd Talıblı

Bu gün sosial şəbəkədə futbolla bağlı yazdığım bir status futbol haqqında məqalə yazmağıma vəsilə oldu. Yazmışam ki, Rusiya Xorvatiya oyununda udan biz olduğumuza görə sevinmədim, uduzan Rusiya olduğu üçün sevindim. Yazılan rəylər təkcə futbolu yox, həm də siyasi münasibətləri əhatə edirdi. Təkcə bu statusdan sonra tarixə və siyasətlə əlaqəli müzakirə olmadı. Tarix və siyasət pəncərəsindən baxanda futbolun bu nöqtələrə toxunduğu anlarda olub.

Napoleon Fransada hakimiyyət başına keçəndən sonra belə Avropada müharibələr səngimirdi. Müharibə ovqatı hələ uzun illər qaldı. Napoleonun davamlı hücumlarından cana yığılmış avropalı gənclər digər həmyaşıdlarına bənzəmək istəyirdilər. İngiltərəli gənclər bu sarıdan daha müasir – futbolsevər idilər. Avropalı gənclər siqaret çəkmək, içki içmək və dəblə geyinməyə meyl edirdilər. Bunun ardınca əyləncə növü kimi futbola xüsusi maraq yaranmışdı. Gənclər o zaman özlərini daha çox İngiltərənin idman növü kimi simvolizə olunan furbola həsr etdirməyə can atırdılar. Bu gənclər əsasən zövqalma mənbələri – elm, sənət və futbol sayılırdı. Qəzetlərdə hətta futbol haqqında köşə yazıları yazmaq, güclü ayaqlara məxsus insanlardan bəhs etmək jurnalistlərin populyar mövzuları sayılırdı.

Finlandiya Rusiya tərəfindən işğaldan sonra kin saxlamaq, dirəniş göstərmək əvəzinə, əksinə milli hisslərini itirməkdə idilər. Savaş ruhunun önəmli olmalı olduğu bir mərhələdə boş vaxtlarını futbola həsr edən gənclərin sayı-hesabı sürətlə artırdı. Futbola olan kütləvi maraq sanki inanclı insanların özünü orada tapmasına yol açırdı. O dövrə aid ədəbiyyatlarda futbolu təkcə şəhər gənclərini öz təsiri altına salması qeyd olunmurdu. Onu kəndlərdə yaşayan çoxsaylı gənclərin də əsas məşğuliyyətinə çevrilməsi dərin təəsüf hiss ilə qeyd edilirdi. Ona görə gəncləri cəmiyyətdən alan bu idman növünə o zamanlar sağlamlığı təmin edən idman növü kimi yox, epidemiya kimi baxılırdı. Çünki, o dövrdə futbola gənclərin düşüncəsini məngənə altında saxlayan bir alət kimi baxılırdı. Və o belə də dərk olunurdu. Bu gün İranda da oxşar siyasət həyata keçirilir.

O zamanlar Snellman iqtidarı zamanında əsasən intelektual və mübariz əvəzinə, güclü ayaqların daha da inkişaf etdirən bir gənclik formalaşmışdı. Əslində bu işğalı qəbul etməyən finlilərin ruh yüksəkliyini təmin etmək üçün daha fərqli yollar düşünülməli idi. Snellman finli gəncləri tamamilə başqa ruhda tərbiyə xətti götürməsinə rişxəndlə yanaşırdı. Snellman finli gənclərin özlərinə cəngavərləri kumir kimi seçərək Servantesin “Don Kixot”u kimi danışmağı cəmiyyət üçün məqbul olmadığını deyirdi. Snellman və dostları futbol mikrobu ilə mübarizə eyni vəba, xolera, yüksək qızdırma yaradan mikroblarla mübariz aparmağa bənzədirdilər. Ona görə, bu idman növünün cəmiyyət həyatında tərəfdar toplamasına çalışırdı. Onun bu addımını o dövr üçün finli gənclərin təslimçi ruhda tərbiyə olunması kimi dərk olunur və Snellmanı da məhz buna görə qınayırdılar.

İndi isə çağdaş zaman şərtləri futbolu bizə sivil toplumun əsas atributları kimi təqdim edir. Dəyişən şərtləri əsasən zaman və onun zövqləri diqtə edir. Ötən əsrin 70-80-cı illərində siqaret çəkmək daha çox dəb idisə, indi siqaret çəkməməyi mədəni olmağın əsas əlaməti kimi qəbul olunur. Əgər bir neçə il bundan öncə daha çox kök və ağır çəkili olmaq zəngin və təminatlı olmağın göstəricisi idisə, indi daha azçəkili və arıq olmaq təqdirolunan bir keyfiyyətli yaşam standartı sayılmaqdadır. Çağdaş dövrümüzdə narkotikaya və içkiyə meyl yox, idmana və gözəl qamətə sahib olmaq daha çox kültürlü olmağın atributuna çevrilib. Ona görə, futbol da beləcə zamanın süzgəcindən uğurla keçib dövrümüzə gəlib çatdı. Hətta futbola olan yüksək marağımız bizi dünya çempionatına baxmaqla yayın istisini, ictimai rəzaləti bir aylıq unutdurdu. Özüm də bu idman növünü sağlamlığımın qayğısına qalmaq kimi planlarıma gəncliyimdən daxil etmişəm. Həyat tərzimin ayrılmaz tərkib hissəsinə çevirmişəm və bundan çox məmnunam. Dünyada başqa sahələrdə çoxsaylı uğurlar əldə etmiş insanların həyatlarında belə futbolun öz izi var. “Nobel” mükafatı lauratı Aziz Sancarda Stolkholmdakı Nobel nitqində də futbol oynayaraq böyüdüyünü fəxrlə dedi. Gənclik illərində Mardin liseyində, “Savur Spor”da və “Mesopotomiya Spor” da (Mardin) qapıçı kimi oynamışdı.

Oturuşmuş cəmiyyətlər üçün rifahı və insan məmnuniyyətini daha da dərinləşdirmək hədəfləri var. İnsanları daha necə razı salmaq və onların cənnəti bu dünyada necə görməklərinin çeşidli yolları axtarılır. Hər bir cəmiyyət üzvünün asudə vaxtının daha necə keçirməsi kimi bir kriteriya iqtisadi məna kəsb etmək etməyə başlayıb. Ona görə keyfiyyətli yaşamı təmin etmək üçün futbolu cəmiyyət həyatında şüurlu sürətlə populyarlaşdırırlar. Bu sahəyə dövlət investisiyalarının axınını təmin edir və özəl sərmayələrin gəlməsi üçün təşviq alətlərindən istifadə edirlər.
Lakin bizim kimi ölkələrdə vəziyyət tamamilə başqadır. Müəyyənləşdirilmiş sabit bir platformaya oturmayan cəmiyyətdə əyləncənin – musiqinin, futbolun önəmini artırıb hara gedib çıxacağımla bağlı mən çox da nikbin deyiləm. Səbəblərindən biri kimi dövlət maliyyəsinin bu sahəyə axması kimi bir narahatlıqla da bağlı deyil.

Futbol enerji çıxarır. İnsanlar orada emosiyalarını xərcləyir. Coşqularını ifadə edirlər. Stresslərini atırlar orada. Ondan sonra nisbətən rahatlaşırlar. Torpaqlarının 20 faizini itirmiş bir ölkədə rahat olmaq və yaşamaq çox çətindir. Belə bir vəziyyətdə insanların rahatsızlığından yox, rahat olmasından narahat olmaq lazımdır. Qarabağ dərdi yaşayan bu ölkədə Qarabağla bağlı döyüş hazırlıqlarında və hərbi paradlarda gənclərin futbolda göstərdikləri coşqunu və canlılığı görə bilmir acı təəsüf hissi yaradır. Qarabağla bağlı forumlarda iştirakçıların sayının futbol oyunları olan günlərdə stadiona axışan insanların 10 faizini görə bilməyəndə narahat olmamaq mümkün olmur. Milli ruhu diri saxlamaq və yaranmış milli gücü vahid platformaya yönəltməyəndə yaranmış emosiyalardan razı qalmaq mümkün olmur. Çünki, emosiyaların həm yaradıcı, həm də dağıdıcı təsiri var. Ondan düzgün və vaxtında istifadə etməyəndə onun gücü gücsüzlüyə çevrilir. Müasir yapon yazıçısı, “Norveç meşəsi” romanının müəllifi kimi tanıdığımız Haruki Murakaminin maraqlı bir fikri yadıma düşdü: “Duyğuları göstərmək lazımdır. Əks halda onlar yığılacaq, içəridə qatılaşacaq və sonra öləcəklər.”


loading...




Fikrinizi bildirin