ADƏM MƏMMƏDOV VƏKİLLİKDƏN GETDİ! - Tanınmış vəkil niyə fəaliyyətini dayandırdı?

"Heç bir iş qəbul etmirəm, daha mənə müraciət etməyin"

"Edəcəyim bu açıqlama, əminəm ki, səmimi dostlar tərəfindən birmənalı qarşılanmayacaq. Lakin, mən artıq qərarımı vermişəm...Praktiki-peşəkar vəkillik fəaliyyətimdən tam kənarlaşıb, yəni dayandırıb, sırf hüquq sahəsində elmi fəaliyyətə başlamağı vacib bildim. Düşünürəm ki, təcrübəm, araşdırmalarım və dunya görüşüm, eləcə də dəyərli çevrəm bu sahədə mənim uğur qazanacağıma daha da inam verir". "AzPolitika.info" xəbır verir ki, bu fikirləri tanınmış vəkil Adəm Məmmədov öz "facebook" səhifəsindən paylaşıb.

O, vəkillik fəaliyyəti dövründə qazandığı uğurlar zamanı həmişə yanında olanlara təşəkkür edib: "Sizlərə təşəkkürümü bildirirəm, çox vaxt ən azı sadəcə sözlə göstərdiyiniz münasibəti yaxından hiss etmişəm, bəzən gərgin dövrlərdə həssas və duyarlı davranışınızla yanımda olduğunuzu hiss etdirmisiniz. Sizdən razıyam və minnətdaram.

Məncə hər bir insan qarşısına kiçik məqsədlər yox, böyük hədəflər qoymalıdır ki, o hədəfin zirvəsinə çatanda yorğunluğun dadını belə çıxara bilsin. Təvəzökarlıqdan kənarda olsa düşünürəm ki, hüquq sahəsində həm sözümü demişəm, həm də eşidilmişəm. Çalışmışam boşuna, havaya söz danışmayam. Tək altı il ərzində aldığım qırxadək bəraət hökmü dediklərimin sübutu üçün yetər".

Adım Məmmədov bildirib ki, hüquq sahəsində həmvətənlərini maarifləndirmək üçün Lider TV kanalında həm rəhbəri, müəllifi və aparıcısı olduğu "Hüquq və Ədalət" adlı layhiyəni həyata keçirib, eyni zamanda, ictimai fəaliyyəti kimi Qanunla.az və Fakttv.com saytlarını yaradıb: "Bütün bunları sadalamaqda məqsidim odur ki, gəldiyim qərar düzgün anlaşılsın. Yəni bu sahədə qarşıma qoyduğum hədəf dəf edilmişdir. Bu gündən sonra hədəfim hüquq sahəsinin elmi araşdırması olacaq. Sözün düzü, bu sahəni də sizin üçün maraqlı etmək məqsədi ilə dedektiv-kirminal janrda başladığım maraqlı əsərimi tamamlayıb, sizlərə təqdim etmək fikrim var".

Sonda vəkil xatırladıb ki, daha vəkil kimi icraatına heç bir iş qəbul etmir: "Bu barədə mənə müraciət etməyin. Hazırda sırf icraatımda olan işlərin tamamlanması ilə məşğulam".

Qeyd edək ki, Adəm Məmmədov nəinki Azərbaycanda, hətta MDB məkanında müvəkkillərinə ən çox bəraət alan vəkil kimi tanınıb. Cəsarəıtli mövqeyi,  savadı, özünəməxsus müdafiə taktikası ilə seçilən Adəm Məmmədovun vəkillikdən getməsi əlbəttə, ictimaiyyət tərəfindən təəssüflə qarşılanır. Bu, son illər nüfuzlu vəkillərin bir-bir sıradan çıxarıldığı, müxtəlif bəhanələrlə fəaliyətlərinə son verildiyi Azərbaycan hüquq cameəsi üçün ciddi bir itki hesab oluna bilər.

Yeri gəlmişkən, Adəm Məmmədov açıqlamasa da, onun vəkillikdən getmək qərarı verməsində Vəkillər Kollegiyasının son dövrlərdəki qərarlarının, atdığı addımların da rol oynadığını ehtimal edirik. Vəkillərin müstəqil fəaliyyətinin tamamilə məhdudlaşdırıldığı, ictimaiyyətlə, mətbuatla əlaqələrinə imkan verilmədiyi bir şəraitdə Adəm Məmmədov kimi xarektercə azad bir insanın işləməsi mümkünsüzdü...  Vəkillər Kollegiyasının yeni rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda barmaqla sayılacaq qədər nüfuzlu, müstəqil mövqe ortaya qoya bilən vəkil qalıb. Onlardan biri də getdi! 

Sonda Adəm Məmmədova gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Elman

AzPoliktika.info

635x100

Şərhlər

vətəndaş 2018-07-09 11:59:48

Vəkillər Kollegiyasının rəhbərliyi savadlı kadrları sıradan çıxartmaqla məşğuldur...?Onun hərəkətlərinə son qoyulmalı,dövlətimiz və xalqımız üçün dəyərli kadrların işəməsinə şərait yaradılmalıdır. Vəkillər Kollegiyası savadlı kadrları məhv etməklə,özünün ömürünü uzatmaq məqsədi üçün çalışır....

G.M 2018-07-09 11:59:48

Yaxşı Vəkil,Polis,Həkim,Müəllim....Qaynaqçı,Çoban işindən imtina etdikcə,ölkədən getdikcə Qarabağa qayıtmaq ümidim azalır..Dövlətçilik təhlükəyə doğru gedir.Dövlətin mənəviyat,yaşam yükü ``yaxşıların çiyinlərində``,Ziyalısının ziyasında olur.

Sedaqet 2018-07-09 11:59:48

Yegin ki hansisa memurun yolunu kesib oda cezalandirib kenarlashdirmaq istiqametinde ellerini cirmaliyub. Her yerde bu vekilin adi hallanirdi butun muhjm ishlerde. Goz goturmedi konulden uzaq tutmaq istediler.....

Son yazılar