Gömrükdə milyonlarla manatlıq gizli "London əməliyyatı" - TƏFƏRRÜATLAR

Bakıda “London-Taxi”ləri ilə bağlı Milli.Az-a maraqlı məlumat daxil olub. Həmin taksilərin gömrük əməkdaşları tərəfindən müsadirə olunması barədə məlumat əldə etmişik.

Məlumatda deyilir ki, Gömrük Komitəsinin dayanacağına artıq 120 taksi aparılıb. Taksilərin əksəriyyəti elə yoldan birbaşa dayanacağa gətirilib. Səbəb isə həmin taksilərdən 520 ədədinin “rastamojka” olunmamasıdır.

Məlumatın dəqiqləşdirilməsi üçün şəhərdə 10-dan artıq “London-Taxi” sürücüsü ilə söhbətləşdik. Onların da söylədiklərindən məlum oldu ki, həmin maşınların gömrük rüsumu ödənilməyib. Taksi sürücüləri bildirdilər ki, Bakıda olan maşınların dövlət qeydiyyat nişanı 500-dək olan taksilərin gömrük qeydiyyat rüsumu ödənilib, ondan yuxarı isə “rastamojka”dan keçməyib. Gömrük rüsumu üçün "Bakı Taxi” MMC 6 milyondan artıq pul ödəməlidir. Sürücülər dedilər ki, maşınlara gömrük rüsumu ödənilmədən dövlət qeydiyyat nişanı verilmişdi. Qaraj maşını olduğundan belə bir güzəşt edilmişdi, lakin sonradan bu rüsum ödənilmədiyindən belə hal baş verib.

“Baku Taxi” MMC-nin nümayəndəsi Məcnun Səfərov isə Milli.Az-ın sualına cavab verməkdən özünü belə yayındırdı: "Məzuniyyətdəyəm, məlumatım yoxdur. 1000 ədəd taksimiz var. Belə bir şey ola bilməz. Məndə belə məlumat yoxdur".

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da telefon zənglərinə cavab vermədi.

Dövlət Gömrük Komitəsi ilə də əlaqə saxlamaq mümkün olmadı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar