Jirinovskiyə cinayət işi açıldı

Ukrayna Daxili İşlər Nazirliyi Rusiya Federasiyası Kommunist partiyasının lideri Gennadi Zuqanov və Rusiya Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovski barəsində cinayət işi açılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna daxili işlər naziri Zoryan Şkiryak açıqlama veib.

Onun sözlərinə görə, rusiyalı siyasətçilər Ukrayna ərazisi və dövlət sərhədinin dəyişdirilməsi istiqamətində maliyyə yatırımlarının həyata keçirilməsində ittiham olunur.

Qeyd edək ki, bu ilin aprelində Vladimir Jirinovski, Rusiya prezidentinin köməkçisi Sergey Qlazyev və Rusiya Dövlət dumasının müdafiə məsələləri üzrə komitənin üzvü Viktor Vodolaçkomun Ukraynaya girişi qadağan olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar