“Quba Palace Hotel”də faciəli hadisə təmir işləri aparılan zaman baş verib - FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda “Quba Palace Hotel”də baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, ilkin araşdırmalara əsasən, Rusiya Federasiyasının SCADA şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb. Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar