"Mən nə qəzet oxuyuram, nə də sayt..." - İcra başçısından şok açıqlama

Qubada bir nəfərin ölməsi, 4 nəfərin yaralanması ilə bağlı xəbər vermişdik. Hadisənin hansı səbəbdən baş verməsi isə hələki bəlli deyil.

Baş verən hadisə ilə bağlı Bizimyol.info – nun əməkdaşı Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə əlaqə saxlayıb. O hadisə haqda olduqca qəribə danışaraq, qəzet sayt oxumadığını bildirib.

“Siz bu haqda məlumat almaq istəyirsiz? Mən nə qəzet oxuyuram, nə də sayt. Qısası budur… Qardaş, mən qəzet oxumuram. Nə baş verirsə mən də camaat kimi televiziyadan məlumat alıram.” -Deyə icra başçısı bildirib.

Jurnalist bir daha Qubada kanatda baş verən hadisəni xatırladaraq bu barədə məlumatlısınızmı? Hadisə hansı səbəbdən baş verib? sualına icra başçısı “aha…aha…” deyə cavab verib, daha sonra isə dəstəyi asıb.

635x100

Şərhlər

memmedeli 2018-07-09 20:23:30

ade bu ki bizim siyikdir.asfaltzavod ziyik.cexiyada da bir zibil qayirmisdi.partiyaciq var vip onun sedri eliskanin da sponsorudur

məmmədqulu 2018-07-09 20:23:30

Partizandır. Yuxarı tüpürür bığdır, aşağı tüpürür saqqal. Bir də axı o (kanatlı hotel) ziyayi-ülhəqqin əhatə dairəsindən çoxdan çıxmışdır axı.

EWDER 2018-07-09 20:23:30

aha...aha , deyesen waxta babadir gelen...MOLODES...ESL ESGERDI....

Son yazılar