"Birinci yerdə Türkiyə dayanır" - Jirinovski

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovmki Ankaradakı Rusiya elm və mədəniyyət mərkəzində həmvətənləri ilə görüşüb. Görüş  zamanı belə bir fikir səsləndirib ki, parlament idarəçiliyi formasından prezident idarəçiliyinə keçilməsi Türkiyənin həyatında müsbət nəticələr verəcək.

«Biz, RLDP xətti ilə cənub isttqamətinə xüsusi diqqət ayırırıq və burada, əlbəttə ki, birinci yerdə Türkiyə, sonra İran, İraq, Suriya, Əfqanıstan dayanır. Biz, yeni Konstitusiyanın qəbulunu, hakimiyyətin prezidentin əlində cəmləşməsini Türkiyə üçün müsbət hal hesab edirik. Ümid edirik ki, bütün məsələlər sürətlə həll olunacaq» - deyə, Jirinovski Rusiya-Türkiyə münasibətlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, «istədiklərini həyata keçirmək üçün Ərdoğanın geniş imkanları var»: «Ərdoğanla şəxsi söhbətdən anladım ki, o, Rusiyaya yönəlik müsbət mövqedədir. Əlbəttə, o, Qərblə də yaxşı münasibətlər qurmaq istərdi, amma Qərb bunu istəmir» - deyə, Jirinovski qeyd edib.

«Bizim üçün əlverişli olardı ki, cənub imstinamətində münasibtlərimiz məhsuldar olsun. Ümid edirik ki, Ərdoğanın yeni prezidentlik müddətində Rusiya-Türkiyə münasibətləri bütün istiqamətlər üzrə, o cumlədən, ticarət, mədəniyyət, idman, gənclər istiqamətləri üzrə inkişaf edəcək» - deyə, Jirinovski iki ölkə arasında hərbi sahədə də imkanların artacağını istisna etməyib.

Məlumat üçün bildirək ki, Jirinovski Türkiyəyə Ərdoğanın inauqurasiyasında iştirak etmək üçün gəlib. Adətən, belə tədbirlərə yalnız prezidentləri, Baş nazirləri və ya parlament sədrlərini dəvət edirlər. Jirinovskinin özünün bildirdiyinə görə, onu sözügedən tədbirə Ərdoğan şəxsən dəvət edib. Jirinovskini Dövlət Dumasının digər deputatları müşayiət edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar