«Kim Çen Inın təyyarəsinin Vladivostokda görünməsindən məlumatsızıq» - KXDR səfirliyi

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Rusiyadakı səfirliyinin nümayəndəsi bəyan edib ki, «Kim Çen Inın şəxsi təyyarəsinin» Vladivostok səmasında görünməsi barədə diplomatik missiyanın əlində heç bir məlumat yoxdur.

«Biz, məlumatsızıq» - deyə, diplomat, «gerçəkdənmi, «Yonhap» agentliyinin təsdiqlədiyi kimi, Kim Çen Inın şəxsi təyyarəsi Vladivostoka eniş edib və bu, yüksək səviyyəli KXDR nümayəndələrinin Rusiyaya səfəri deməkdirmi?» - süalına belə cavab verib. Bu zaman, KXDR liderinin həmin təyyarədə olub-olmaması məsələsi dəqiqləşdirilmir.

Bildirək ki, Preziedent Vladimir Putin KXDR liderini Rusiyaya səfərə dəvət edib. Bundan  sonra, Kim Çen Inın gözlənilmədən Rusiyada görünməsi barədə söz-söhbət son həftələr dövrü olaraq yayılmaqdadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar