Böyük Britaniyada “şəkər vergisi” tutulur

Böyük Britaniyada yaxın günlərdə qüvvəyə minmiş “şəkər vergisi”nin tətbiqində əsas məqsəd uşaqların piylənməsinə qarşı mübarizə aparmaqdır.AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, bu yığım barədə müzakirələrə iki il əvvəl başlanıb və o vaxtdan bəri ölkədə şirin içkilərin tərkibində işlədilən şəkərin miqdarı 45 milyon kiloqram azaldılıb. Qida istehsalçıları öz məhsullarının reseptinə yenidən baxaraq vergi tutulan həddi aşmamaq üçün müvafiq addımlar atıblar.

Böyük Britaniyanın Səhiyyə Nazirliyindən bildirilib ki, şəkər vergisinin tətbiqi məsələyə novatorluqla yanaşmadır və bunun şirniyyat istehlakının azalmasına əsaslı təsiri var. Bundan əlavə, hökumət uşaqlar üçün idman proqramlarını və məktəblilər üçün sağlam yeməklərin istehsalını maliyyələşdirəcək.

Britaniya Xəzinədarlığının hesablamasına görə, istehsalçıların içkilərin tərkibindəki şəkəri azaltması sayəsində birinci il “şəkər vergisi”ndən büdcəyə cəmi 240 milyon funt-sterlinq vəsait daxil olacaq. Bu göstərici əvvəlcə proqnozlaşdırıldığının təxminən yarısına bərabərdir: ilkin olaraq bu vergi üzrə 520 milyon funt -terlinq vəsait yığılacağı planlaşdırılmışdı.

Böyük Britaniyanın şirin içki istehsalı ilə məşğul olan “Coca-Cola”, “Britvic” və “Lucozade Ribena Suntory” kimi aparıcı şirkətlərinin hamısı öz məhsullarının tərkibində dəyişiklik ediblər. Buna baxmayaraq ölkədə ən çox satılan “Coca-Cola Classic” içkisinə görə şəkər vergisi ödənilməli olacaq. “Tesco”, “Asda” və “Morrisons” ticarət şəbəkələri də brend içkilərin reseptinə yenidən baxmaq məcburiyyətindədir: indi onlar içkinin tərkibindəki şəkərin miqdarının vergi üçün müəyyənləşdirilmiş həddən artıq olmamasına xüsusi əhəmiyyət verirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar