Yəməndə 8 jurnalist öldürüldü

Yəməndə bu il ərzində jurnalistlərə qarşı 53 zorakılıq faktı qeydə alınıb.Qaynarinfo xəbər verir ki, Tədqiqatlar və İqtisadi İnformasiya Mərkəzinin məlumatına görə, hadisələrdən 8-i ölümlə nəticələnib. Digər hallarda yaralama, qaçırma, hədə, media mərkəzlərinin hədəf seçilməsi faktları müşahidə edilib. Hücumların çoxu Husilər tərəfindən, bir hissəsi isə hökümət və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən törədilib.

Qeyd edək ki, 2014-cü ildən bəri vətəndaş müharibəsinin müşahidə edildiyi Yəməndə jurnalistlərin hüquqlarının pozulması adi hala çevrilib. Zorakılığa məruz qalan media nümayəndələrini müdafiə edəcək müxanizm mövcud deyil, bu səbəbdən günahkarlar cəzasız qalır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar