Putin Hollandiyada yaşayan qızının taleyindən bərk narahatdır - Mariyanın sevgilisi kimdir?

Böyük Britaniyanın “Daily Mail” qəzeti Rusiya prezidentinin Hollandiyada yaşayan böyük qızı Mariya Putinanın bu ölkədən qovulması təşəbbüsləri ilə bağlı yazı dərc edib. Yazıda bu hadisə ilə yanaşı Mariyanın holland sevgilisi haqda da maraqlı məlumatlar var. AzPolitika.info yazının tərcüməsini təqdim edir:

Onun atasını 193 Holland vətəndaşının ölümündə günahlandırırlar. Məlumat verilir ki, 28 yaşlı Mariya Putina bir neçə ildir ki, Holland vətəndaşı olan 34 yaşlı Yorrit Fassenlə birlikdə Haaqa şəhəri yaxınlığındakı Vorsxotten məhəlləsində iki mərtəbəli penthauslu və yaxşı qorunan dəbdəbəli evdə yaşayır.

Dünən bütün Dünyadakı anti-Pytin aktivistləri penthausun ünvanını “Tvitter” saytına yerləşdirərək Holland xalqını daxildən etiraz etməyə səsləyiblər. Faciəyə uğrayan Malayziya hava yolları təyyarəsinin qurbanlarından doqquzu Haaqa şəhərinin sakinləridir. Onların içərisində dörd nəfərlik bir ailə də var. İki gün əvvəl Hilvessum şəhərinin meri Piter Broptes radio müsahibəsində Mariya Putinanın ölkədən deportasiya olunması tələbi ilə çıxış etmişdi. Sonradan o, bu fikrinə görə üzr istəyərək deyib ki, ona belə addımı atmağa çoxlarına yaxşı bəlli olan “köməksizlik hissləri” səbəb olub.

Mariya gah Rusiyada, gah da ki, Niderlandda yaşayır. Deyirlər ki, Vladimir Putin öz qızının təhlükəsizliyindən hədsiz narahat olduğundan, Mariyanın böyük yaşlarındakı şəkillərinin Rusiya KİV–lərində yerləşdirilməsinə imkan vermir. O da bildirilir ki, Putin qızını təhsil almağa göndərərkən ona tanınmaması üçün başqa familiyadan istifadə etməyi məsləhət görüb. Belə xəbər də verirlər ki, Mariya 2009-cu ildə Yorrit Fossinlə evlənib. Lakin bu barədə rəsmi heç bir məlumat yoxdur.

Yorrit Fossen “Qazprom” şırkətində daşınmaz əmlak üzrə mütəxəssis kimi çalışıb. Fossen 2008-ci ildə 28 yaşında Rusiyanın “Stroytransqaz” şırkətinə vitse-prezident təyin olunub. Fossenin Putin ailəsinə yaxınlaşması onun hərtərəfli işinə yarayıb. Onun idarə etdiyi BMW avtomobili Rusiyalı bankir Matvey Urinin Mersedesi ilə toqquşan zaman Urinin yeddi canğüdənı Fosseni möhkəm döymüşdülər. Ancaq sonradan Matvey Urini həbs edərək məbhəsə salıblar və onun beş bankından dördünün lisenziyasını da ləğv ediblər. Fossen 2010-cu ildə “Stroytransqaz” şirkətindən çıxaraq “MEF-Audit” konsaltinq firmasında direktor müavini vəzifəsində işə başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar