PREZİDENT BU İCRA BAŞÇILARINI və ŞİRKƏTLƏRİ HƏDƏLƏDİ - "Məndə o şəkillər var"

"Rayon icra hakimiyyətləri şəhər nəqliyyatını iflic vəziyyətə salırlar" 

"İctimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir"

"Son illərdə şəhər nəqliyyatı ilə bağlı böyük işlər görülüb. Yeni, çox komfortlu avtobuslar gətirilib və yeni avtobusların gətirilməsi nəzərdə tutulur. Bakı Nəqliyyat Agentliyi yaradılıb və bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün struktur islahatları aparılıb. Bu gün Bakı Nəqliyyat Agentliyi şəhərin nəqliyyat sisteminə cavabdehlik daşıyan yeganə qurumdur. Bu agentliklə sıx əlaqədə işləyən bütün digər dövlət qurumları ona kömək göstərməlidir. Çünki bu sahədə də bir çox pozuntulara yol verilib".  "AzPolitika.info" xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı dövlət vəsaiti hesabına tikilən parkinqlərin boş olduğunu bildirib: "Parkinqlərin yanında maşınlar qanunsuz dayanıb və heç kim də onlara demir ki, sən maşını niyə burada - parkinqlə üzbəüz saxlayırsan? Nədir ki parkinqə gedib maşını saxlamaq ya əziyyətdir, ya da ki, pul vermək istəmir. Bəlkə də qanunsuz olaraq az pul verib maşını burada saxlayır. Belə olan halda biz şəhər nəqliyyatını necə tənzimləyək?! Dayanacağın yerində binalar tikirlər. Məndə o şəkillər var. Mən müşavirə keçirmişdim, çox ciddi tapşırıq vermişdim və ciddi iradlar bildirmişdim. Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar. O səhvləri buraxan məmurlar işdən qovulub. Ancaq mən deyirəm ki, şəhər nəqliyyatı hamımız üçün rahat bir nəqliyyat olmalıdır. Şəhərsalma qaydaları elə qoyulmalıdır ki, şəhər nəqliyyatına əngəl törətməsin, əksinə, buna kömək göstərsin. Azərbaycanın əhalisi artır, Bakı böyüyür. Qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz müstəqillik dövründə 7 milyondan 10 milyona çatıb. Bu artım müqabilində biz gələcəkdə necə hərəkət edəcəyik? Biz insanların saatlarla tıxaclarda əziyyət çəkdikləri böyük meqapolislərin vəziyyətinə düşmək istəmirik. Biz burada yeni damarlar, yeni yollar açırıq. Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır, orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin binanın sökülməsi üçün böyük vəsait, kompensasiya verməlidir ki, qanunsuz tikən oradan çıxsın və yol açılsın. Ona görə çox ciddi tapşırıq verirəm, dövlət orqanları nəticə çıxarsınlar.

Əlbəttə ki, iqtisadi islahatları dərinləşdirmək üçün biz sahibkarlardan böyük fəaliyyət gözləyirik. Dövlət sahibkarlığın inkişafına böyük dəstək verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilib. Ancaq bu kreditlər hesabına ölkəmizdə 163 min yeni iş yeri yaradılıb. Bu il də 170 milyon manat güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulur. Onun böyük hissəsi artıq altı ayda verilib. Qalan hissə də veriləcək. Eyni zamanda, sahibkarlara metodiki tövsiyələr, məsləhətlər verilir. Biz xaricdə ticarət evlərinin açılması ilə sahibkarlara şərait yaradırıq ki, onlar öz ixrac imkanlarını genişləndirsinlər. Deyə bilərəm ki, bu gün Azərbaycan dövləti qeyri-neft məhsullarının ixracının artırılmasına sahibkarlardan daha çox çalışır. Sahibkarlar bir qədər passivdirlər. Elə bil maraqlı deyillər ki, xarici bazarlara çıxsınlar. Ona görə, dövlət bütün bu işləri öz üzərinə götürüb. Mənim tapşırığımla bir çox sərgilər, təqdimatlar keçirilir, ticarət evləri açılır. Bu proses çox geniş vüsət alacaq. İndi bir neçə ticarət evi açılıb. Məncə, Azərbaycanın xaricdə onlarla ticarət evi açılmalıdır. Sahibkarlar da bu işlərdə fəal iştirak etsinlər, xüsusilə, ixracla bağlı öz səylərini artırsınlar".

Prezidenti İlham Əliyev daha sonra deyib: "Narahatlıq doğuran sahələrdən biri də inşaat sektorudur. Son illərdə bu sahədə böyük işlər görülüb. Azərbaycanın demək olar ki, bütün şəhərləri tikinti meydançasına çevrilibdir. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən qoyulan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib. Azərbaycanda inşaat materiallarının istehsalı ildən-ilə artır. Deyə bilərəm ki, biz bu gün özümüzü əsas inşaat materialları ilə təmin edə bilirik. İlk növbədə, ona görə ki, daxildə buna tələbat var. Çünki biz çox az miqdarda inşaat materiallarını xaricə satırıq. Qarşıya vəzifə qoyulmuşdur ki, idxaldan asılılığımızı azaldaq və daxili bazarı yerli inşaat materialları ilə təmin edək. Yəni, inşaat sektorunun inkişafı ümumi iqtisadi inkişafa təkan verir, məşğulluğu artırır.

Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk".

Dövlət başçısının sözlərinə görə, iki-üç il ərzində inşaat sektorunda müəyyən böhran yaranıb və bu, əmək bazarına da dərhal öz mənfi təsirini göstərib: "Bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir. Bir daha demək istəyirəm ki, bu sahədə görülən işlər müsbətdir. Ancaq, eyni zamanda, biz nəyi görürük? Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır".

Prezidentin sözlərinə görə, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.

"Bunu təkcə biz demirik. Bunu demək olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl mənasında Bakı parlayan bir ulduzdur. Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox.

Biz paytaxtımızı parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik. İndi yadınıza salın, əvvəlki dövrlərdə qanunsuz tikilmiş, bir-birinin içinə girmiş binalar həm orada yaşayanlara, həm də şəhər əhalisinə nə qədər əziyyət verirdi. İndi biz təmizlənmiş və sakinləri köçürülmüş yerlərdə ictimai zonalar yaradırıq, orada binalar tikilmir. Bulvar 3 kilometrdən 16 kilometrə uzadılıb, böyük bir ictimai zonadır. Böyük parklar salınıb. Heydər Əliyev Sarayının arxasında gözəl park yaradılıb. Biz oradan vətəndaşları köçürəndə bəziləri deyirdilər, köçürürlər ki, binalar tikilsin. Gözəl bir parkdır. Azərbaycan Dram Teatrının arxasındakı “Sovetski” adlandırılan ərazidəki biabırçı mənzərə aradan götürülür. Yenə də deyirdilər ki, orada binalar tikilir. İndi orada yol qovşaqları tikilir, yol hərəkətinə nəfəs verilir, parklar salınır. Onlarla, yüzlərlə belə işlər indi göz qabağındadır. Vaxtilə bəzi cinayətkarlar tərəfindən qanunsuz zəbt edilmiş yerlərdə indi parklar yaradılır. Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində vaxtilə böyük bir ərazi zəbt edilmişdi, istifadəsiz qalırdı. İndi orada böyük parklar salırıq ki, insanlar gəlib dincəlsinlər, istirahət etsinlər. Heydər Əliyev Mərkəzinin qarşısında böyük ictimai zona yaradılıb. Vaxtilə orada işləməyən, dağılmış vəziyyətdə olan zavod yerləşirdi. Yəni, biz bunu edirik. Ancaq götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək. Bir daha demək istəyirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan heç bir bina tikilə bilməz", - deyə o əlavə edib.

 

635x100

Şərhlər

S.Ənvər qızı 2018-07-10 10:02:07

Cənab Prezidentimizi qəlbən sevən məmur öz xidmətləri ilə xalqa sədaqətlə xidmət edərək ölkə başçısının etimadını qazanmalıdır. Ailəmə qarşı olan haqsızlıqları aradan qaldırmaq üçün saysız-hesabsız müraciətlər etməyimizə baxmayaraq Rabitə Naziri Ramin Quluzadə tərəfindən araşdırılıb,qanuni tədbirlər görmək əvəzinə,şikayətimizə əhəmiyyət belə vermir? Nə qədər istəyirsaq şikayət elə,nəzarət sistemi olmadığından baxan yoxdur. Cənab Prezidentin də ünvanına müraciət edirsən,müraciətində Prezidentə çatdırılmır?

seymur 2018-07-10 10:02:07

yasamal rayonunda yol qiraqi 5martebeli evler qalmayib icra hakimiyeti satib zahid xelilovda 5m evi 5milliona satiblar shirket camahati aldadir pilot adini qoyur

S.Ənvər qızı 2018-07-10 10:02:07

İcra Başçıları öz xidmətləri ilə etimadınız doğrultmaq əvəzinə özlərinə Villa tikdirməknən məşğuldurlar.Vətəndaşların şikayətlərinə baxmaq əvəzinə süründürməçiliyə yol verirlər.Məcbur oluruq PA-na şikayətlər ünvanlayırıq,orda da şikayətimizə baxmayırlar,vətəndaşı dövlətdən narazı salma hallarına şərait yaradırlar.Bu səbəbli illərnən şikayət edirsən şikayətə baxan məmurla üzləşmirsən? ....

Binəqədi sakini 2018-07-10 10:02:07

ÇOX HÖRMƏTLİ CƏNAB PRİZİDENT.BİZ BİNƏQƏDİ RAYON Ə.NAXÇİVANİ 4B-DƏ YAŞAYAN SAKİNLƏR BİNƏQƏDİ RAYON İB XALƏDDİN İSKƏNDƏROVDAN OLMAZIN ZÜLMLƏR ÇƏKMİŞİK.HAL-HAZIIRDA YAŞADIÖĞIMIZ BİNA QƏZALI VƏZİYYƏTDƏDİR.3 BAL ZƏLZƏLƏNİ BİZ HİSS EDİRİK.ÇÜNKÜ BİNANIN YÜK GÖTÜRƏN DAYAQLAR SINDIRILIB.BU AZMIŞ KİMİ BU GÜNLƏRDƏ BİNAMIZA DEMƏK OLAR Kİ BİTİŞİK BİR QEYRİ QANUNU OBYEKT TİKİLİB.TƏNDİR QURULUB ,SƏHƏRƏ QƏDƏR SƏS KÜYDƏN EVİMİZDƏ OTURA BİLMİRİK.ZİYA MƏMMƏDOVUN QOHUMLARINA MƏXSUSDUR BU OBYEKT XALQI DÖVLƏTDƏN NARAZI SALMAQDI

ZƏRƏRÇƏKMİŞLƏR 2018-07-10 10:02:07

Hörmətli cənab PREZİDENT,məmurlardan sadə xalqı çox incidənin ən böyüyü elə məhz Komitə sədri Hicran Hüseynovadır.O,vətəndaşları İŞƏDÜZƏLTMƏ adıyla aldadaraq küllü miqdarda dollarları alıb sonrada sabiq aparat rəh üzərinə ataraq onu Ölkədən kənara,özünü isə "DURUYA"çıxardı.....Özünü YUXARILARIN "adamı" kimi göstərib hamıya XOX gəldi.Hicranın haqqında 100-lərlə şikayət var.Şikayətçilər dəfələrlə SİZƏ və MEHRİBAN xanıma müraciət etdilər.Lakin şikayətlərin sizə çatmasına mane oldurlar

Aqronom 2018-07-10 10:02:07

Çox yaşa cənab Prezident.Tapşırığın icrasının son nəticəsi Allahın köməkliyi ilə həyata keçər.Harda gəldi necə gəldi plansız tikintilərə Sizin köməkliyiniz sayəsində son qoyulmalıdır.

Cəmşid Dərələyəzli 2018-07-10 10:02:07

Cənab Prezident başçıların əksəriyyətinin özbaşınalığı Sizin bunca fəaliyyətinizə kölgə düşürməkdən başqa bir şey deyildir. Səki qalmadı, asfalt qalmadı hamısını satıb, bütün şəhəri bərbad günə qoydular. Çoxları cəmiyyətə üstən aşağı baxmaqla, Mənaviyyatsızları ətraflarına yığıb at oynadıb vətəndaşla dövlətin hərəyliyinə zərbə vururlar. Pirallahının başçısı Vasif İmanov kimi. Manaf Manafov kimi birinə körışalıq edib, dövlətin imicin zərbə vurur

Perviz 2018-07-10 10:02:07

NIZAMI RAYONUNDA BIR AZDAN METRO VAQONLARININ USTUNDE OBYEKT TIKECEKLER.KIMDİRSE DOVLET BASCISININ GOSTERISLERINI SAYMIR.AGACLIQ DEYILEN BIR YER QALMAYIB.

Ilqar 2018-07-10 10:02:07

İcra başçılarına, rusvet verib istenilen yerde tikirler. Bu mesele illerdir bele davam edir.

Son yazılar