Bakı-Tiflis-Qars dəmiryolu ilə ABŞ-ın hərbi yükləri daşınacaq?

Azərbaycanın dəmiryolları, o cümlədən tikilməkdə olan Bakı-Tiflis-Qars dəmir yolu ilə ABŞ-ın hərbi xarakterli yükləri daşınacaq. Musavat.com-un xəbərinə görə, bu barədə Rusiya qaynaqları məlumat yayıb. Həmin qaynaqlar hesab edir ki, amerikalı hərbçilər tərəfindən öz hərbi əmlaklarını (döyüş texnikası, silahlar, ləvazimat və təchizat vasitələri) Əfqanıstandan çıxarmaq üçün hazırladıqları “Qafqaz dəhlizi” buna yardımçı olacaq.

“Yüklər üçün “Qafqaz dəhlizi” Əfqanıstanın Herat məntəqəsindən başlayır, Kuşka və Marıdan (Türkmənistan) keçir, dəmiryolu ilə Türkmənbaşına çatır, Xəzərdən bərə vasitəsilə Bakıya, daha sonra da dəmiryolu ilə Batumiyə və ya Türkiyəyə çatır. Bütün marşrut boyu təzədən yükləmə yerlərində toplama stansiyalarının qurulması nəzərdə tutulur. 2014-cü ilin payızından, 2016-cı ilin sonunadək hər ay bu dəhlizlə ən azı 2200 konteyner və ya döyüş vahidi daşınacaq”, - deyə mənbə qeyd edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar