Fərəc Kərimov 3 ay müddətinə həbs olundu

İyulun 23-də tutulan müsavatçı Fərəc Kərimovun barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. Məlumatı “Media forum” saytına vəkil Nemət Kərimli verib.

Nemət Kərimli bildirib ki, prosesin iyulun 24-də Nərimanov Rayon Məhkəməsində keçirildiyi bəlli olub: “Fərəcə satış məqsədi ilə narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. İyulun 25-də Baş Prokurorluqda oldum, Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladım. Bildirdi ki, Fərəc Kərimovun saxlanması haqqında heç bir məlumatları yoxdur. Daha sonra məlumat aldım ki, Fərəc iyulun 23-dən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıb. Barəsində həbs qətimkan tədbiri seçiləndən sonra harada saxlanıldığı bilinmir”.

Fərəc Kərimov “Musavat.org.az” saytının idarəçisidir, bloqçudur. İyulun 17-də onun qardaşı Sirac Kərimli də tutulub. O, satış məqsədilə külli miqdarda narkotik maddənin dövriyyəsində ittiham edilir.

Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar