Vidadi Zeynalov həbsdən azad olunub?

Bir sıra KİV-lər keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun həbsdən azad olunması haqda informasiya yayıblar. Sonra aydınlaşdı ki, bu informasiya həqiqətə uyğun deyil.

"Bütün bunlar yalandır, Vidadi Zeynalov Kürdəxanıdadır", - deyə keçmiş məmurun vəkili Bəylər Məmişov virtualaz.org-a bildirib.

Eyni zamanda, Penitensiar Xidmətin mətbuat xidmətindən qeyd ediblər ki, onlar hətta əgər hər hansı məhbus azadlığa çıxırsa belə, şərh vermirlər.

Xatırladaq, Rabitə Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov 13 il müddətinə həbs cəzasına məhkum edilib. O, korrupsiyada və xidməti saxtakarlıqda ittiham olunub.

Sonradan Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə endirilib.

635x100

Şərhlər

EWDER 2018-07-10 20:00:41

MOLODES...BUNUN ALIM NAZIRINE WEREF,WOHRET ORDENLERI DUWUR...HOKUMETE PULLARI QAYTARDIQINA GORE,EWDER OL CANI

Son yazılar