“Boeing”in vurulmasına 2 dəqiqə qalmış separatçıların SƏS YAZISI

“Siz tərəfə “quş” uçdu...”

Ukraynanın Təhlükəsizlik Xidməti Malayziya Hava Yollarına məxsus “Boeing 777” sərnişin təyyarəsinin vurulmasına 2 dəqiqə qalmış terrorçuların danışığının ələ keçmiş yazısını yayıb. Musavat.com-un UNİAN-a istinədən verdiyi məlumata görə, audio-yazıdan aydın şəkildə görünür ki, layner məhz separatçılar tərəfindən vurulub salınıb.

Bəlli olur ki, Rusiya Ordusu Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (BKİ-QRU) polkovniki İqor Bezlerin (“Bes”) qrupundan olan terrorçular yaxınlaşan təyyarədən xəbərdar imişlər. Tabeçilikdə olanlar bu barədə dərhal “Bes”ə məlumat verirlər. Bundan sonra o, bu haqda “yuxarılar”a çatdırmağı əmr edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar