ADNAN OKTARIN EVİNDƏN SİLAH CƏBHƏXANASI ÇIXDI - FOTO+ VİDEO

Adnan Oktar və dəstəsinin ələ keçirilməsi istiqamətində səhərə yaxın İstanbulda başlayan əməliyyat zamanı yüzlərlə silah-sursat ələ keçirilib. Milli.az xəbər verir ki, Oktarın Çengelköydəki evində aparılan axtarışlarda ələ keçirilənlər İstanbul Polis İdarəsinə gətirilib. Gətirilənlər arasında silahların da olduğu məlum olub.

Müxtəlifi marka və ölçülərdə tüfənglərlə yanaşı, Oktarın yüzlərlə tapançası olduğu da aşkar edilib.

Bu dəqiqəyə qədər 166 şübhəlinin saxlanıldığı əməliyyat çərçivəsində çox sayda ünvanda araşdırma aparıldığı, axtarışlara polis helikopterinin və dəniz polisinin də dəstək verdiyi deyilir. Saxlanılanlar arasında Adnan Oktarın vəkilləri də var.

***

ADNAN OKTAR SAXLANILDI – Siyasi və hərbi casusluq, uşaqlara qarşı cinsi təcavüz 

Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktar və onun şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb.APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, əməliyyat İstanbul başda olmaqla, 5 vilayətdə keçirilir. Əməlyyata polis helikopterləri də cəlb olunub.

A. Oktar İstanbulun Çəngəlköy məhəlləsində yerləşən villasında polis tərəfindən saxlanılıb. A. Oktar və mühafizəçilərinin əməliyyat zamanı polisə müqavimət göstərdikləri bildirilir.

A. Oktar cinayət şəbəkəsi qurmaq, siyasi və hərbi casusluq, uşaqlara qarşı cinsi təcavüz və digər əməllərdə ittiham olunur.

Polisdən verilən açıqlamada Adnan Oktarın cinayət şəbəkəsinə daxil olan 235 şübhəli şəxsə qarşı əməliyyat başlandığı bildirilib.

635x100

Şərhlər

Naxçıvandan Bakıуa 2018-07-12 11:36:04

Durbindən baxanda olkəmizin də тoуxanadan тuтmuş büтün dovləт orqan və məmurları arтıq rəqib тərəfin тam уeтişmiş gozəlçələrinin nəzarrəтləri alтındadır.

G.M 2018-07-12 11:36:04

Bir ``Peyğəmbər`` də belə getdi..bunu müqəddəsləşdirənlərin həbsindən,qınanmasından niyə xəbər yoxdur.İnsanları aşağılıyıb,şərəfsiz,əxlaqsız işləri törədən bu dələduz tək deyil.. Azərbaycanda efirləri ``bəzəyən`` təbliğ olunan bayramlar,solmazlar da gələcəyin Oktarıdırlar

Son yazılar