POLİSLƏRİN QATİLLƏRİNDƏN BİRİ TUTULDU - Foto

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.

[caption id="attachment_434752" align="aligncenter" width="750"]

Qasımov Fərrux Xəqani oğlu[/caption]

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

* * *

Təhlükəsizlik orqanları Gəncə hadisələrində şübhəli bilinən 2 nəfər haqqında məlumat yayıb Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.

Məlumatda bildirilir: “Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri, 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur".

635x100

Şərhlər

pıs-pısa 2018-07-11 18:48:57

Rusiyada B.Yeltsinin prezidentliyi dövründə bütün sifarişli qətlləri 15-20 il müxtəlif üsullarla adam öldürməyi öyrənmiş KGB-niklər edirdilər. Cinayəti törədəndən sonra da əlbəttə heç bir iz buraxmırdılar....

G.M 2018-07-11 18:48:57

Deputat ``vorzakonun`` tabutunu çiynində gəzdirən ölkələrdə ağıldanseyrək hər kəs cinayətə yuvarlanır.Son dövrlərdə cilid-cilid kriminal ədəbiyatın çap olunması,cinayət aləminin təbliği artıq öz bəhrələrini verməkdədir.

Son yazılar