"Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi..." - Azərbaycan XİN

“Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi siyasi şouya çevrilib”.

APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, populist Paşinyan hökuməti bu yolla reytinqini və cəmiyyətdə nüfuzunu qorumağa çalışır: “Paşinyan hökumətinin yüz günü yaxınlaşır. Bu yüz gün ərzində ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində işlər görmək əvəzinə, bu cür yolla öz reytinqlərini saxlamaq istəyirlər”.

XİN təmsilçisi qeyd edib ki, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti və açıq göstəricisidir: “Bu əməllər regionda sülhün təminatına xidmət etmir”.

635x100

Şərhlər

Akif 2018-07-11 11:18:39

Amma Azərbaycan məmurları nümunə göstərmirlər .....

Eldar 2018-07-11 11:18:39

Pasinyanin oglunu Igid kesfiyyatcilarimiz terksilah edib tecili getirmelidir.Onda...

Abit 2018-07-11 11:18:39

A kişi sen neden danışırsan?Yadına sal ABŞ-Vyetnam müharibesini,ne oyun açdılar super gücün başına.Hardadı keşfiyyat orqanları onu yerindece mehv ede bütün ermenilere ders ola

Son yazılar