“Qeyri-rəsmi məşğulluqla bağlı vəziyyət nəzarətimizdədir” - Nazir

“Qeyri-rəsmi məşğulluqla bağlı vəziyyət nəzarətimizdədir. Tikintilərdə qeyri-rəsmi məşğulluqla əlaqədar monitorinqlər aparılır. Həmin yerlərdə müqaviləsiz işə cəlbetmə halları aşkar edildikdə, cəza tədbirləri görülür”.

“Report”un xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiyasının prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoahim Bröyerlə keçirdiyi birgə mətbuat konfransında deyib.

S.Babayev xatırladıb ki, Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunu imzalayıb, buqanun 2021-ci ilədək qüvvədə olacaq: “Bu, sahibkarlığın inkişafına stimul verir. Biz çalışırıq ki, yoxlamaları elektron sistemlər vasitəsilə edək. Yəni məmur-vətəndaş təması olmasın. Bu sahədə çox ciddi işlər görülür. Yaxın müddətdə görülən işlərin nəticəsi açıqlanacaq”.

635x100

Şərhlər

buzlaq 2018-07-11 12:07:04

Qeyri-rəsmi nəzarətinizdədir deyirsiniz.Sitat: "Bu, sahibkarlığın inkişafına stimul verir. Biz çalışırıq ki, yoxlamaları elektron sistemlər vasitəsilə edək" Çox elektron sistemlərə də bel bağlamayın, bura Azərbaycandır. Birdə gördünüz Delta Telekom çezdi, ardınca da elektron sistemləriniz. Keçin dədə-baba üsuluna - barmaqla saymağa.

Son yazılar