Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi işdən azad edilib

Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Şahbaz Əliş oğlu Mehdiyev tutduğu vəzifədən azad edilib. "APA-Economics"in əldə etdiyi məlumata görə, Ş.Mehdiyev öz ərizəsi ilə işdən ayrılmaq qərarına gəlib.

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"in sorğusuna cavab olaraq faktı təsdiqləyiblər. Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Şahbaz Mehdiyev işdən öz ərizəsinə əsasən gedib: "Hələlik onun yerinə təyinat yoxdur".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar