«Stoltenberq Ukrayna prezidentini alyansın tədbirlərinə dəvət edib» - Poroşenkonun mətbuat xidməti

«AzPolitika.info»-nun Ukrayna KİV-ə istinadla verdiyi xəbərə görə, prezident Pyotr Poroşenko NATO Baş katibi Yens Stoltenberqin dəvəti ilə çərşənbə günü NATO sammiti çərçivəsində keçiriləcək tədbirlərə qatılmaq üçün Belçikaya gedəcək. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti xəbər verib.

NATO sammiti iyulun 11-12-də Brüsseldə keçiriləcək. Sammit çərçivəsində həm də Ukrayna-Gürcüstan-NATO üçtərəfli iclası keçiriləcək.

«Ukrayna Prezidenti Pyotr Poroşenko NATO Baş katibi Yens Stoltenberqin dəvəti ilə iyulun 11-12-də Belçika krallığına səfər edəcək və orada NATO sammiti çərçivəsində keçiriləcək tədbirlərə qatılacaq» - xəbərdə belə deyilir.

Mətbuar xidməti qeyd edir ki, Poroşenko Şimali Atlantika şurasının dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək iclasında iştirak edəcək.

Bundan başqa, səfərin proqramında Poroşenkonun bir sıra xarici dövlətlərin liderləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar