Gəncədə polis zabitlərini öldürənlər kimdir? - Qətl, soyğunçuluq… + FOTOLAR

Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib.

Sosial şəbəkədəki paylaşımlarında Fərrux Xəqani oğlu Qasımovun radikal dindar olduğu açıq-aşkar hiss olunur. O, müxtəlif vaxtlarda İranda dini abidələri ziyarət edib.

Hətta paylaşımlarında dini təbliğata yönəlik videolara üstünlük verib. Gəncə hadisələri törədilməmişdən öncə Fərrux Kərbəlanı ziyarət edib.

Qanlı cinayəti törətməkdə şübhəli bilinənlərdən biri iki dəfə məhkumluq həyatı yaşamış Rəşad Məmmədəli oğlu Böyükkişiyev isə 12 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olub. 19 yaşında qətl törədib və 02.10.2007-ci ildə AR CM-nin 120.1 (Qəsdənadam öldürmə) maddəsi ilə 7 il müddətinə həbs edilib.

“Google” axtarış sistemində apardığımız kiçik araşdırma zamanı məlum olub ki. Rəşad Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə həbsdə olub. APA-nın 17 iyul 2007-ci ildə yaydığı xəbərdə oxuyuruq: “Gəncə şəhərində ailə məişət münaqişəsi zəminində qətl hadisəsi törədilib. Gəncə şəhər prokurorunun köməkçisi İbrahim Həsənovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, 19 yaşlı Rəşad Məmmədəli oğlu Böyükkişiyev öz anası bıçaqlayaraq öldürüb.

Onun sözlərinə görə, gecə saat 02:30 radələrində təqsirləndirilən Rəşad Böyükkişiyev öz yaşadığı Həsən Əliyev küçəsi, 1-ci döngə, ev 17-də 1966-cı il təvəllüdlü anası Flora Əhəd qızı Böyükkkişiyevanı bıçaqlayıb.

İ.Həsənov istintaq davam etdiyindən, hadisənin təfərrüatı barədə heç bir məlumat verməyib. Prokuror köməkçisi qeyd edib ki, Rəşad hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Həbs müddəti bitdikdən sonra Rusiya Federasiyasına gedib. Lakin orada azadlıqda çox qala bilməyib. Belə ki, həbsdən çıxdıqdan 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gəncədə polis zabitini qətlə yetirən digər şəxs – Fərrux Xəqani oğlu Qasımov kimi o, da şiə məzhəbli radikal dindardır. Mütəmadi olaraq İran İslam Respublikasına səfərlər edib.

635x100

Şərhlər

ziyankar 2018-07-11 20:39:21

Bu alcaq qatillər ilə ziyankar məmurlar mənim ücün eynidirlər. Dövlətciliyimizə qarşı olan hər iki qrup xalqa, hakimiyyətə quyu qazanlardır.

t.ədalət 2018-07-11 20:39:21

Həbs edilənlərin hansı cinayətləri törətməsi vacib deyil.....Gəncə hadisələrinin qorxulu tərəfi onun dini radikallar,yəni kortəbii dəstələr tərəfindən törədilməsidir.Bu hadisə göstərir ki,Azərbaycanda onların müəyyən dəstəsi var.Xalq da dövlətə dəstək olub həmin radikalları zərərsizləşdirməlidir.Yoxsa ölkəmiz Suriyanın gününə düşər.

G.M 2018-07-11 20:39:21

Gəncədə günahsız Polislərin ``hədəfə`` alınması Dövlətçiliyə qarşı xəyanətdir.Bu dini don geyinmiş şərəfsiz ünsürləri daşqalaq eləmək daha doğru olardı.Demək olrar ki,Gəncədə bu günün reallığını qiymətləndirmək asan məsələ deyil....

Son yazılar