Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Dərc olunub: 11/07/2018 - 19:12

08fa1ad2-6553-4650-9fc7-abc088cb63fcBrüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

Qeyd edək ki, görüş Brüsseldə NATO-nun sammiti çərçivəsində baş tutub.


loading...




Fikrinizi bildirin