"Paşinyan Ermənistanın taleyini həll etməyə qadir deyil" - İsrailli ekspert

Nikola Paşinyan hökuməti erməni xalqı və dövləti üçün qətiyyətli qərar qəbul edə bilməz.

Bu fikirləri Oxu.Az-a açıqlamasında israilli politoloq Yuri Boçarov deyib.

“Ermənistanda inqilabdan sonra yeni “sahiblər” gəlməsinə baxmayarq, köhnə hakimiyyətin nümayəndələri qalıb və səmərəli hökumət qurulmayıb və buna görə də hazırda Yeravan hökuməti heç bir qətiyyətli qərar qəbul edə bilməz.

Düşünmürəm ki, Paşinyan ölkə vətəndaşlarının, bütün erməni diasporunun və onun arxasında duran bütün oyunçuların maraqlarına toxunan qərarı özü tam həyata keçirə bilər”, - ekspert iyulun 11-də Brüsseldə keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanda vəziyyət yaxşılaşmayıb, ölkə qaynayır və hazırkı hökumətdən heç biri bu qayığı irəli aparmaq istəmir.

“Çox güman ki, perspetivlərlə bağlı danışıqlar olacaq. Axı, Ermənistan Xarici İşlər Nazirliyinin səlahiyyətləri bir sözlə sona çatır: “Regionda gərgin vəziyyətin daha da ağırlaşmaması üçün müzakirə prosesində daha çox əlaqə qurma imkanı müzakirə edilib”.

Çox təəssüf ki, bu insanlar qərar qəbul etmir, onlar yalnız bunları səsləndirir. İndi isə səsləndirmək üçün heç nə yoxdur!”, -o qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar