XORVATİYA FİNALDA: İngiltərəni də sıradan çıxardı

Dərc olunub: 12/07/2018 - 00:45

Croatia-wc-696x392

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ikinci yarımsinal oyunu keçirilib. Rusiya paytaxtındakı “Lujniki” stadionunda baş tutan qarşılaşmada İngiltərə və Xorvatiya komandaları üz-üzə gəlib.
Komandalar meydana aşağıdakı heyətlə çıxıb:
Xorvatiya: Subaşiç, Vrsalko, Striniç, Lovren, Vida, Modriç, Rakitiç, Brozoviç, Rebiç, Perişiç, Mandzukiç

İngiltərə: Pikford, Uolker, Stouns, Maquayr, Trippyer, Yanq, Henderson, Linqard, Alli, Sterlinq, Keyn.

ngiltərə və Xorvatiya komandalarının qarşılaşmasında erkən qol vurulub. Modern.az xəbər verir ki, oyunun 5-ci dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirən Tripyer komandasını hesabda önə çıxarıb.

İngiltərə və Xorvatiya oyununda hesab bərabərləşib. Oyunun 68-ci dəqiqəsində İvan Perişiç Xorvatiyanın bərabərlik qolunu vurub.
İngiltərə və Xorvatiya oyununun əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt təyin olunub. Modern.az xəbər verir ki, əlavə vaxtın ilk hissəsində də qapılara qol vurulmayıb. 109-cu dəqiqədə isə Mario Mandzukiç gözəl qolla Xorvatiyanı önə keçirib.

Oyunda başqa qol olmayıb. Və 2-1 qalin gələn Xorvatiya İngiltərənin də çempionluq xəyallarına son verərək, finala çıxıb.

Qeyd edək ki, Xorvatiya finalda Fransa ilə qarşılaşacaq.

AzPolitika.info


loading...




Fikrinizi bildirin