Polis daha 19 borclu şəxsi saxladı

Dərc olunub: 12/07/2018 - 10:06

trend_ppx_police_azerb_2018-ci il iyul ayının 11-dan 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 96 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.


loading...




Fikrinizi bildirin