İsrail Kerrinin atəşkəs təklifini rədd edib- HƏMAS da onun daha 12 əsgərinı öldürdü

HƏMAS-a bağlı “Əl-Qəssam” briqadası Beyt Hanun bölgəsində daha 12 İsrail əsgərini öldürüb. Briqada üzvləri İsrail əsgərlərini pusquya salıb və hücum edərək öldürüblər.

Qeyd edək ki, ötən gün Beyt Hanunda İsrail BMT-yə məxsus məktəbə zərbələr endirmişdi. Hücum nəticəsində 15 fələstinli ölmüş, 200-dən çoxu yaralanmışdı. Onların coxu uşaq olub. Artıq İsrail əsgərləri uşqa qatillərinə çevrilib.

Bu arada İsrailin təhlükəsizlik Komitəsi HƏMAS hərəkatı ilə atəşkəsə dair ABŞ-ın dövlət katibi Con Kerrinin təklifini rədd edib APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail televiziyası xəbər verib.

Bildirildiyi kimi, İsrail tərəfi irəli sürülən təşəbbüsə bir sıra dəyişikliklərin daxil edilməsini tələb edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar