Azərbaycan Çindən kartof və zeytun yağı idxal edəcək

Azərbaycan Çinin Qansu əyalətindən kartof və zeytun yağı idxal edəcək.

“Report” Çinin “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qansu əyalətinin inzibatı mərkəzi Lançjou şəhərində keçirilən Beynəlxalq Qida Əməkdaşlığı Forumunda razılıq əldə olunub.

Azərbaycan ˮƏrzaq məhsullarının tədarükü və təchizatıˮ ASC-nin İdarə Heyəti sədrinin müavini Elşən Əsədov bildirib ki, "Bir Kəmər, bir yol" təşəbbüsündə kənd təsərrüfatının inkişafı ümumi marağa daxildir.

O qeyd edib ki, Azərbaycan Çinə orqanik qidanın ixracı və Çinin kənd təsərrüfatı texnologiyası, investisiya və təcrübəsinin tətbiqi ilə daha səmərəli əməkdaşlıq yaratmaq niyyətindədir.

635x100

Şərhlər

vetendas 2018-07-12 10:32:58

Bunu heyata kecirmek isteyen insanlar bir sey haqda fikirlesirler: ----" Sen olesen bu Xalqin belke bu yoldan istifade edib öldürək..., Ecaba!" Analoqsuz olkenin yeni Islahatlari!

Hesabdar 2018-07-12 10:32:58

Çin dünanın ən boük və qadir olkəsidir! Çinlilər də əla İNSANlardır! Elşən bəу, indi Çinə Azərbaуcan üçün karтof deуil, daha ucuz meуvə, nişasтa və digər çox çeşidli emal тexnologiуası avadanlıgı sifarişləri gərəkdir.

нурулла 2018-07-12 10:32:58

Ayıb olmasın, bu kartofu elə qızardıb, qaynadıb gətirin ki, burda xalq əziyyət çəkməsin. Utanmırlar, hələ bir ad da qoyurlar, "bir kəmər, bir yol"... yox bir, asan kartof!

Mirzə AĞ 2018-07-12 10:32:58

Çin kartofunu (tərəvəzini) it də yeməz! Bu ölkəni nə üçün rüsvay edirsiniz?!

t.ədalət 2018-07-12 10:32:58

Görəsən,Azərbaycandan başqa Çindən gmo məhsullara müştəri olan varmı?Çinin istehsal etdiyi məhsullardan istifadə edənlər gələcəyin xərçəng xəstələri olacaq.Allah bizi qorusun!

Son yazılar