Prezident ömürlük məhkum edildi

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyev və onun qardaşı Janıbek Bişkek qarnizonunun Hərbi məhkəməsinin qərarı ilə qiyabi olaraq ömürlük həbsə məhkum edilib.

ANS PRESS-in məlumatına görə, siyasətçi qardaşlar ölümə qəsddə əlbir olmada günahkar hesab edilirlər.

Onlar həmçinin qətl təşkillərində və vəzifə səlahiyyətlərini dəfələrlə aşmada ittiham edilirlər.

Məhkəmə Bakiyevlərin ailəsinin əmlakını müsadirə etməyə qərar verib.

Bir sıra məmurlar isə 2010-cu ilin aprelində Bişkekdə dinc nümayişçilərin güllələməsi haqqında iş üzrə böyük həbsxana müddətlərinə məhkum ediliblər.

Qeyd edək ki, Kurmanbek Bakiyev artıq üç ildir Belarusdadır. O, burada vətəndaşlıq alıb və vətənə qayıtmaq fikrində deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar