Türkiyədə fövqəladə vəziyyət ləğv olunur

Dərc olunub: 12/07/2018 - 12:09

turkey_flag_050718Türkiyədə davam edən fövqəladə vəziyyət rejimi iyulun 17-də ləğv olunacaq.

Trend-in məlumatına görə, rejim ləğv olunduqdan sonra terrorçuluqla mübarizə barədə yeni qanun qəbul olunacaq.

Ölkə parlamentinin yeni qanun layihəsini yaxın günlərdə müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə fövqəladə vəziyyət rejiminin iyulun 19-da ləğv ediləcəyi bildirilirdi.

Xatırladaq ki, ölkədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyulunda dövlət çevrilişi cəhdindən sonra elan olunmuşdu.


loading...




Fikrinizi bildirin