ABŞ Çin mallarına yeni rüsum qoymaq qərarına gəlib - 200 milyard həcmində...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Çin mallarına əlavə olaraq, 200 milyard dollar həcmində rüsum tətbiq etməyə hazırlaşır. Bu barədə «Wall Street Journal» nəşri xəbər verib.

Mənbələrin məlumatına görə, rüsumun tətbiqi Çinin Amerika mallarına 25 faizlik idxal vergisi qoymaq addımına cavab olacaq. Nəşrin yazdığına görə, ABŞ administrasiyası Çin Xalq Respublikası (ÇXR) ilə ticarət siyasəti üzrə danışıqların davamına ümid edir.

Məlum olduğu kimi, iyunun 15-də ABŞ Çində idxal olunan mallara 25 faizlik - 50 milyard dollarlıq rüsum tətbiq edib. ÇXR Dövlət Şurasının tariflər üzrə komisiyası da öz növbəsində, iyunun 16-da analoji əks-tədbir görüb.

ABŞ və Çin arasında gömrük rüsumlarının tətbiqi qarşılıqlı olaraq, iyulun 6-da qüvvəyə minib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar