Hizbullah lideri ərəbləri “topa tutdu”

''Fələstinlilərin zəfəri bizim zəfərimiz, məğlubiyyəti bizim məğlubiyyətimizdir"

Hizbullah lideri "Dünya Qüds günü" ilə bağlı iştirak etdiyi tədbirdə Qərbi və Ərəb dünyasını qınaq obyektinə çevirdi.

ANS PRESS-in məlumatına görə, Hizbullah lideri Həsən Nəsrullah Livanın paytaxtı Beyrutun cənubundakı Dahiyədə "Dünya Qüds günü" ilə bağlı keçirilən tədbirdə iştirak edib.

Nəsrullah tədbirdə etdiyi çıxışla yadda qalıb. Hizbullah lideri çıxışı zamanı, ''Fələstinlilərin zəfəri bizim zəfərimiz, məğlubiyyəti bizim məğlubiyyətimizdir" deyib.

“Əminəm, bəzi Ərəb liderləri Netanyahuya zəng edərək "hücumlara davam et" deyirlər. Beləcə mübarizəninin uğuruna mane olmağa çalışırlar. Ən pisi budur ki, bəzi Ərəb mediası Fələstinli uşaqları öldürən İsrail əsgərlərinə qarşı xoş münasibət göstərən xəbərlər yayırlar. Ordusuna güvənə bilməyən İsrail isə Fələstin müqavimətini qırmaq üçün hücumlarını uşaq və qadınları öldürməklə başlatdı." - deyə, Nəsrullah çıxışında bildirib.

Hizbullah lideri İraqda kilsə və məscidlərin dağıdılmasının Qüdsdəki Məscidi-Əqsanın dağıdılması üçün zəmin olacağından qorxduğunu dilə gətirib: "İraq Şam İslam Dövləti (İŞİD) silahlıları İraqda məscid, kilsə və peyğəmbər türbələrini hədəf seçirsə, İsrail ordusa niyə dağıtmasın?!"

Sonda, Həsən Nəsrullah həmişə Fələstin xalqının yanında olacağını bildirib. Həmçinin, Qərb və Ərəb dünyasını baş verənlərə qarşı laqeyd qalmaqda günahlandıraraq, “onlara qalsa, "nə qədər ki, əlinizə fürsət düşüb, birdəfəlik məsələni həll edin" deyəcəklər” - deyə çıxışında Hizbullah lideri Həsən Nəsrullah qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar