ABŞ və Səudiyyə Ərəbistanı İrana təzyiq yolları arayırlar - Müzakirələr gedir...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmi Ştatlarının (ABŞ) diplomatları Səudiyyə Ərəbistanındn olan həmkarları ilə birikdə İrana qarşı təzyiqləri artırmağın yollarını müzakirə ediblər. Bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin (DD) sədri bəyan edib.

«İrana qarşı təzyiqlərin artırılması yollarını müzakirə etmək məqsədilə biz, Səudiyyə Ərəbistanına (SƏ) getdik. Xalqı və digər ölkələri terrora məruz qoyan rejimi gəlirlərdən məhrum etməyin yeni yollarını nəzərdən keçirdik» - deyə, diplomat bildirib.

Söhbətlərin mətni ABŞ Dövlət Departamenti tərəfindən yayılıb.

Bundan əvvəl, Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Brayan Hul bəyan edib ki, ABŞ digər ölkələri də noyabrın 4-ə İran neftinin idxalını sıfıra endirməyə çağırıb. Bu tarixdən sonra ABŞ həmin çağırışa əməl etməyən ölkələrə qarşı sanksiya tətbiq edəcəyi ilə hədələyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar