Ermənilərin yaraladığı Fərid Məmmədov təcili Bakıya gətirilir

Ermənilərin atəşkəsi pozması nəticəsində yaralnmış Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Fərid Məmmədov əməliyyat olunmaq üçün Bakıya gətirilir.

Bu barədə APA-ya millət vəkili Qənirə Paşayeva məlumat verib.

Q. Paşayeva deyib ki, səhiyyə naziri Oqtay Şirəliyevin təlimatı ilə F. Məmmədov xüsusi ambulans helikopterlə Bakıya gətirilir: “Artıq 1 saylı Şəhər Klinik Xəstəxanasında həkim heyəti onu əməliyyat etmək üçün hazırdır”.

Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. Axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub. Nəticədə

kənd sakinləri 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Onlar Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Fərid Məmmədov çənəsindən dəyən güllə yarası onun üz nayihəsini dağıdıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar