“Həmas” İsraillə razılaşıb, 12 saatlıq atəşkəs elan olunub - Video

“Həmas” təşkilatı 12 saatlıq atəşkəsə razılıq verib.

APA TV-nin məlumatına görə təşkilatın atəşkəs elan etməsi Fitr bayramı ilə əlaqədardır.

Qeyd edək ki, bundan əvvəl İsrail tərəfi atəşkəs səylərinin davam etdirildiyi vaxt “Həmasa” qarşı hücumları davam etdirərək, Qəzza zolağında bir neçə evi bombardman edib. Fələstin rəsmiləri ölənlər arasında islamçı cihad təbliğatçısı və onun iki oğlunun olduğunu bildirib.

Qəzza zolağında ölənlərin sayı bununla 800-ü ötüb keçir. İordan çayının Qərb sahilində fələstinlilərin Qəzza ilə həmrəylik göstərmək məqsədilə kütləvi nümayişlər keçirəcəyi gözlənilir.

Qeyd edək ki, iyulun 25-də İsrailin Təhlükəsizlik Komitəsi “Həmas” hərəkatı ilə atəşkəsə dair ABŞ-ın dövlət katibi Con Kerrinin təklifini rədd etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar