Paytaxtın 3 rayonunun əksər ərazilərində qaz olmayacaq

Dərc olunub: 12/07/2018 - 18:38

gas_line_120718Sabah paytaxtın 3 rayonunun əksər ərazilərində qaz olmayacaq.

Azəriqaz İB-dən Trend-ə verilən məlumata görə, diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 25-27-ci kilometrlər arasında dayaqlar üzərinə qaldırılması zərurəti ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev və Xıdır Musdafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


loading...




Fikrinizi bildirin