Kerri Trampın NATO sammitindəki davranışını tənqid edib - Makron da ona qarşı çıxıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) eks-dövlət katibi Con Kerri NATO sammitindəki davranışına görə, Donald Trampı tənqid edib. Onun fikrincə, Trampın hərəkətləri dünyada ABŞ-ı nüfuzdasn salır.

«Mən, heç vaxt görməmişəm ki, hansısa prezident bunca qeyri-adi və mənasız  fikirlər söyləsin. Necə ki, ABŞ Prezidenti Donald Tramp Almaniya və NATO-nun ünvanına sərgiləyir. Bu, rüsvayçılıq idi və ABŞ-ın hazırkı maraqları ilə toqquşur» - deyə, Kerri öz «Tvitter»ində yazıb.

«O, davamlı olaraq, dünyada bizim nüfuzumuza, maraqlarımıza zərbə vurur» - deyə, Kerri əlavə edib.

NATO-nun Brüsseldə keçirilən sammitində Tramp bəyan edib ki, qaz idxalı vasitəsilə, Rusiya Almaniyaya tam nəzarət edir. Onun fikrincə, Almaniyanın Rusiya qazına görə, milyardlar ödəməsi və onun üçün yeni qaz kəmərinin («Şimal axını-2») tikintisini planlaşdırması tamamilə yolverilməzdir. Belədə, Birləşmiş Ştatlar NATO üzrə müttəfiq olaraq, onu necə qoruya, müdafiəsinə qeyri-proporsional həcmlərdə vəsait xərcləyə bilər?

Tramp həm də NATO ölkələri liderlərinə müdafiə xərclərini ümumi daxili məhsulun 2,0 faizindən 4,0 faizinə qaldırmağı təklif edib.

Bu arada verilən xəbərə görə, Fransanın Prezidenti Emmanuel Makron daTrampın bu təklifinə qarşı çıxıb. Makron, Trampın təklifini «yaxşı olmayan ideya» adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar