«İran ABŞ-a daha böyük hörmətlə yanaşmağa başlayıb» - Tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib ki, İran ABŞ-a əvvəlkindən daha böyük hörmətlə yanaşmağa başlayıb.

Onun sözlərinə görə, Tehran bir gün saziş bağlamağı təklif edəcək. «Onlar (İran - red.) indi bizə əvvəlkindən daha böyük hörmətlə yanaşırlar. Mən bilirəm, onların çoxsaylı problemləri var, iqtisadiyyat dağılır... Amma bir gün onlar mənə zəng vurub, deyəcəklər ki, «gəlin, saziş bağlayaq» və biz, saziş bağlayacağıq» - Tramp qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar