ABŞ İran neftinə görə Rusiya və Çini də hədələdi - "Sanksiya tətbiq edəcəyik"

“ABŞ bu ölkənin mövqeyinə zidd olaraq, İran neftini almaqda davam edən istənilən ölkəyə, o cümlədən Rusiya, Çin və digər dövlətlərə sanksiya tətbiq etməyə hazırdır”.

Bu fikri ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Konqresdə dünya maliyyə sistemi haqqında illik dinləmələr zamanı səsləndirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranın nüvə proqramı sazişindən çıxdığını bəyan edib. O, İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci dərəcəli, yəni İranla biznes quranlara qarşı da sanksiyaların yenidən tətbiqi barədə qərar verib. “Altılığın” digər üzvləri ABŞ-ın bu addımına qarşı çıxıblar. Vaşinqtonun Avropadan olan tərəfdaşları İranla sazişə əvvəlki kimi riayət etmək fikrində olduqlarını söyləyiblər/Axar.az.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar