Avroliqa: “Neftçi” qələbə ilə başladı, “Qəbələ” və “Keşlə” uduzdu

Bu gün Azərbaycan klubları futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarını keçiriblər.Ölkə Premyer Liqasının gümüş mükafatçısı “Qəbələ” öz meydanında Lüksemburqun “Proqres” klubunu qəbul edib. Gözlənilənlərin əksi olaraq, təmsilçimiz doğma azarkeşlər qarşısında 0:2 hesabı ilə məğlubiyyətə uğrayıb.

Azərbaycanı bu turnirdə təmsil edən “Keşlə” isə Malta “Baltsam”ının qonağı olub. Oyun meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 4:1.

"Neftçi" isə I təsnifat mərhələsində qələbə qazanıb. Bakı klubu Macarıstanın "Uypeşt" komandası ilə görüşdə 3:1 hesabı ilə qalib gəlib.

Birinci təsnifat mərhələsinin cavab oyunları 1 həftə sonra baş tutacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar