Salyanda ağır qəza - 10 nəfər xəsarət aldı + FOTOLAR

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Sarvan kəndindən keçən 74-cü km-də “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı “Mercedes Vito”-nun aşdığı bildirilir.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin azyaşlı olduğu bildirilir. BuVirtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Astara rayonunun Pensər kənd sakini, 43 yaşlı Elşən Əziz oğlu Rüstəmovun idarə etdiyi 99-BN-980 dövlət nömrə nişanlı “Mercedes-Vito” markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Astara rayonunun Miri kənd sakini Cəfər İsmayıl oğlu Nəsirovun idarə etdiyi 99-EU-688 dövlət nömrə nişanlı, ”Mercedes” markalı minik avtomaşını ilə qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində hər iki avtomaşının sürücüsü, mikroavtobusun 7 nəfər sərnişini və minik maşınının sərnişini - Astara rayonunun Siyamik kənd sakini, 47 yaşlı Teymur Nurəddin oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Mikroavtobusun sərnişinləri Dağıstanın Xasavyurd rayonundan alış-verişdən qayıdan Astara rayon sakinləri olublar. Qəzaya uğrayan mikroavtobusun xəsarət almış sərnişinləri aşağıdakılardır:

1.Quliyeva Reyhan Orucəli qızı,1971, Astara rayonunun Şahdağ kəndi

2.Muradov Cavanşir Cahangir oğlu,1975, Lənkəran rayonu, Füzuli küçəsi

3.Nəzərova Aytac Müqəssir qızı,1997, Astara rayonu. Miki kəndi

4.Nəzirli Cəmil Cəfər oğlu, 1991, Astara rayonu, Miki kəndi

5.Cəfərov Kamran Şirinəli oğlu, 1976, Astara rayonunun Vaqo kəndi

6.Veysərov Nəsib Naib oğlu, 1971, Astara rayonu, Pensər kəndi

Faktla bağlı DYP-da araşdırmalara başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar