Tramp "Twitter"də Kim Çen Inın məktubunu yayıb
Baxiş sayı:
Dərc olunub:
13/07/2018 - 09:59
ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla Sinqapurdakı görüşdən sonra özünün "Twitter" səhifəsində Koreya Xalq Demokratik Respublikası rəhbərinin məktubunu yerləşdirib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, Tramp Kim Çen In barədə xoş sözlərini yazıb.
"Şimali Koreya rəhbərindən çox gözəl məktub. Əla irəliləyiş əldə olunub", - deyə Amerika prezidenti məktubu şərh edib.
Qeyd edək ki, ABŞ və KXDR liderləri iyunun 12-də Sinqapurda görüşüblər. Görüşün yekununda Koreya yarımadasında sülhün əldə olunmasına yardım haqqında razılaşma əldə olunub.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.