Bu şəkildəki girov Həsən Həsənov deyil - SAXTA FOTO

İyulun 25-də axşam saatlarında Azərbaycanın bəzi elektron KİV-ləri erməni saytlarına istinadən Kəlbəcərdə girov götürülərək, qətlə yetirilən Cəbrayıl rayon sakini Həsən Həsənova məxsus olduğu iddia edilən bir fotoşəkil yayıblar. Azərbaycan KİV-lərinin şəkillə birgə yaydığı mətndə “Həsən Həsənovun öldürülən anda çəkilmiş şəklidir” deyə qeyd edilib.

Modern.az saytı məsələni araşdırarkən Azərbaycan mətbuatının ermənilərin növbəti fitvasına uyduğunu müəyyən edib. Təəssüf ki, bəzi KİV-lərimiz ermənilərin saxta informasiyasına aldanaraq, əminliklə həmin şəklin Həsən Həsənov oluduğu barədə təsdiqlənməmiş xəbəri tirajlayıblar.

Amma erməni mətbuatına istinad edib "Kəlbəcərdə itkin düşən Həsən Həsənovun şəklidi” deyə bizim medianın paylaşdığı foto saxtaymış. Şəklin saxta oludğunu Həsən Həsənovun qardaşı da bildirib.

Bundan başqa, Modern.az-a o da məlum olub ki, həmin saxta şəkli ermənilər hələ 2010-cu ildə paylaşıblarmış.

Məsələn, tesankyun.am adlı bu erməni saytının linkinə baxaq: 

Belə görünür ki, Azərbaycana qarşı informasiya müharibəsi aparan ermənilər təəssüf ki, növbəti dəfə mətbuatımızı öz oyunlarına çəkə biliblər.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürüldüyü haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Hazırda girovluqda olan Ş.Quliyev və D.Əsgərova qarşı “DQR”də cinayət işi açılıb. Girov düşmüş 3-cü şəxsi - Həsən Həsənovu isə ermənilər öldürdüklərini deyirlər...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar