“ARAZ ƏLİZADƏNİN DEPUTAT OLMASI ANORMALLIQDIR” - "Onun adını “azar” qoydum"

"Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır”

Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O, deyib ki: “Mən əvvələr də deyirdim ki, sosial şəbəkələrdə normal adamlar olmur. İndi də bu fikirdə qalıram”.

Sabiq millət vəkili, nasir Xeyrəddin Qoca Moderator.az-a açıqlamasına Araz Əlizadəni bu fikirlərinə görə sərt qınayıb: "Araz Əlizadənin deputat olması anormallıq hesab edilməlidir. Bu adamın məntiqinə, ağılına baxın. Sosial mediada görün kimlər var: Ölkə rəhbərləri, prezident köməkçiləri, hətta onun deputat yoldaşları hamısı sosial mediadadır. Bunları təhqir edən adamdan deputat olarmı?! Bu adam başdan-ayağa xəstəlikdir və ona görə də mən onun adını “azar” qoydum. Belə adamın deputat olması mənim şərəfimə toxunur. Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır”.

635x100

Şərhlər

Şəkidən 2018-07-13 22:23:40

Əsil deputat vaxtaşırı öz seçiciləri ilə görüşməli,onların dərdlərinə şərik çıxmalı və onların dərdlərini yuxarı instansiyalara çatdırmalıdır.Əfsuslar olsun ki, bir soruşan yoxdur Kİ,ay Şəkinin deputatı Yaqub Mahmudov,siz bir seçicinizə kömək etmisinizmi,onların dərd-səri ilə məşğul olmusunuzmu? Özünüzədə dövlət tərəfindən köməkçidə verilib,ona da büdcədən yüksək əmək haqqı verilir. Belə deputatlar yalnız öz ətrafına və öz məqsədləri üçün çalışan köməkçisi Gündüzə xeyr verir? Deputat əhalinin arasında olmalı

yusif-1313 2018-07-13 22:23:40

.... deməli bu tip deputatlar lazimdir.

Hörmətli oxucu! 2018-07-13 22:23:40

Bismillahir-Rəhmanir-Rəhim Nasir Xeyrəddin Qoca bəy, tam düz deyir. Ruslar demişkən "Не в бровь, а в глаз".Qeyd edim ki, Azərbaycan Sosial Demokrat Partiyasının sədri hörmətli Araz Əlizadə kimi düşünən danışan bir neçə Milli Məclisin deputatları çox təəssüflər olsun ki, var.Onlar özlərinin nəzarət funksiyasını itirən,danışmağa söz tapmayan deputatlardır.Onların yazdıqlarını oxuyanda adam dəhşətə gəlir. Biabırçılıqdır .....Ən pisi odurki, səhvilərindən nəticə çıxarmırlar və qərəzli niyyətlərindən əl kəçmirlər. . “Ağıllı insan başqasının səhvindən nəticə çıxarandır. Müdrik isə heç səhv etməyən...”

Akif 2018-07-13 22:23:40

Deputatların 70 faizdən çoxu təsadüfi oturdulublar.Onların öz monopoliyası,biznesi, alveri var.Özləri də dəfələlə siyahidədirlər.Onları necə seçiblərsə hər seçkidə siyahidə qalırlar. Buna diqqət edən var?

Səid 2018-07-13 22:23:40

Xeyrəddin müəllim, niyə haqsızlıq, ədalətsizlik, korrupsiya vs. illərdir Sizə belə təsir eləmir amma nə məzhəbə qulluq elədiyini özü də bilməyən bir deputatin söz demək xətrinə dediyi bir kəlmə sizə təsir edir? Deyəsən sizin də deməyə sözünüz qalmayıb axı!

miri 2018-07-13 22:23:40

Bu məmləkətdə normal nə var? Hər nə görürük və eşidirik kiçik istisnalar olmaqla anormal! Ona görə analoqsuz deyirik.

seçici 2018-07-13 22:23:40

DÜPPƏDÜZ.....

G.M 2018-07-13 22:23:40

Araz Əlizadə diktordu ..proqramlaşmış fikirləri ifadə edir.O,neynəsin ki,``oxuduğu`` arayışı yazanlar bəzi məqamları nəzərə almıyıblar.Səs tonuna qədər nə varsa A.Əlizadəyə aid deyil.Təkcə nəfəsi və nəfisi müəyyən qədər öz iradəsini ifadə edə bilər.

t.ədalət 2018-07-13 22:23:40

Araz Əlizadə Rusiyanın Azərbaycandakı Duginidir.Oturub burda bala-bala Rusiyaya xidmət edir.Əlbəttə,tək deyil.

Vusal 2018-07-13 22:23:40

Araz Elizadenin ne demek istediyini derk etmek üçün youtube-da yazılan şerhleri oxumaq kifayetdir. Mence ele şerh yazmaq üçün doğrudan da zırlama olmaq lazımdı. Profiline jiquli şekli qoyub cinayetkar texellüsü götürüb terroru destekleyen ve dövlet işçilerini en qeliz formada tehqir eden, lakin qorxusundan demirem üzüne demek heç olmasa bir erize yaza bilmeyen adam ancaq zırlma ola biler. Çox teessüf ki, bele zırlamaların sayı getdikce artır. Mence bele zırlamaların çoxalmasının sebebi tehsil sistemidir.

Son yazılar