Finlandiya sərhədlərini bağlayır - Rusiya-ABŞ sammitinə görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Helsinki şəhərində Rusiya və ABŞ prezidentdəri Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüş zamanı təhlükəsizliyin təmin olunması məqsədilə, Finlandiya hökuməti müvəqqəti olaraq, öz daxili sərhədlərində sərhəd nəzarətini bərpa edir. Bu barədə Finlandiya hökuməti xəbər verib.

«Daxili sərhəd nəzarəti cümə axşamı iyulun 13-də saat 12:00 -da başlanır və çərşənbə axşamı iyulun 17-də saat 12:00-da başa çatr» - xəbərdə belə deyilir.

Finlandiya hökuməti dəqiqləşdirir ki, bu tədbirin məqsədi - Finlandiyaya gələn və ya ölkədən gedən əcnəbilərin ölkə qanunlarına əməl etməsinə nəzarəti həyata keçirməkdən, həm də təhlükə mənbəyi ola biləcək şəxsləri identifikasiya etməkdəq ibarətdir.

Qeyd olunur ki, əsas diqqət Helsinki-Vantaa aerportuna, Helsinki və Turku limanlarına yönləldiləcək. Bütün sərnişinlər mümkün sərhəd nəzarətinə və daxili sərhədlərdə miqrasiyanın monitorinqinə hazır olmalıdırlar. Daxili sərhədlərdə müvəqqəti nəzarətin bərpasına məsuliyyəti sərhəd mühafizəsi daşıyır. Bildirək ki, Rusiya və ABŞ Prezidentləri iyulun 16-da Helsinnki şəhərində görüşməyi planlaşdırırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar